Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Bakı sakininə səkkiz bıçaq zərbəsi vuruldu

Bakı sakininə səkkiz bıçaq zərbəsi vuruldu

Bakının Suraxanı rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.


Hadisə Hövsan qəsəbəsində qeydə alınıb.


Belə ki, Oqtay Şabanov küçəsində 1988-ci il təvəllüdlü Qasımov Kamil Bəhmən oğlu tanıdığı şəxslə mübahisə edib. Mübahisə davaya çevrilib. Hələlik adı məlum olmayan şəxs K.Qasımova bıçaq bir neçə xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib. Xəstəxananın növbətçi cərrahının verdiyi məlumata görə, K.Qasımovun bədənin müxtəlif nahiyələrinə 8 bıçaq zərbəsi vurulub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi araşdırma aparır.(apa.az)

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …