Cümə axşamı , Noyabr 21 2019
Ana səhifə / Kriminal / Bakı sakini mağazanı partlatmaq istədi: 100 manat borcu varmış

Bakı sakini mağazanı partlatmaq istədi: 100 manat borcu varmış

Bakı sakini polisə zəng edərək etiraf edib ki, 100 manat borcu olduğu mağazanı partlatmaq istəyir.
Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Məlumata görə, 1974-cü il təvəllüdlü Qəribov Qalib Qərib oğlu avqustun 12-də saat 20:27-də  “102” telefon xidmətinə zəng edib. Kişi bildirib ki, Xətai rayonu, Dostluq küçəsində yerləşən “Mayak” mağazasına pul borcu var.
Şikayətçi bu səbəbdən ticarət obyektini partlatmaq istədiyini deyib. Lakin 37-ci Polis bölməsinin əməkdaşları xuliqanı taparaq saxlayıblar. Saxlanılan Q.Qəribovun psixi xəstə olduğu üzə çıxıb.
Asayiş keşikçiləri onu 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdiriblər.(oxu.az)

Həmçinin oxuyun

Çovdarovun işçisi azadlığa çıxdı

“MTN işi” ilə bağlı həbs edilən Orxan Osmanov azadlığa çıxıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, general …