Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Bakı Şəhəri üzrə Təhsil İdarəsi direktorla aktyor arasında yaranan insidentə münasibət bildirdi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi direktorla aktyor arasında yaranan insidentə münasibət bildirdi

Tanınmış aktyor Rza Rzayevlə 175 saylı məktəbin direktoru Tural Mirzəyev arasında Nizami rayon Məhkəməsinin qarşısında insident yaşanıb. Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov  açıqlama yayıb:

“Tural Mirzəliyev hazırda xəstəxanaya yerləşdirilib. Məsələ Təhsil Nazirliyi rəhbərliyinin bilavasitə diqqət mərkəzindədir”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov bildirib ki, İdarə əməkdaşları ilə birgə aldığı ağır xəsarətlər səbəbindən Sabunçu xəstəxanasına yerləşdirilmiş 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə baş çəkib, səhhəti ilə maraqlanıblar:

“Həkimlərlə söhbət etdik… Vəziyyəti yaxşı deyil…
Qeyd edək ki, məsələni Təhsil Nazirliyinin rəhbərliyi bilavasitə diqqət mərkəzində saxlayır.
Bir təhsil işçisi, məktəb direktoru ictimaiyyətin gözü qarşısında fiziki zora məruz qalıb, döyülüb, ciddi xəsarətlər alıb. Başında və üzündə zərbələrdən aldığı xəsarətlər, başgicəllənmə və ürəkbulanma əlamətləri ciddi narahatçılıq yaradır. Fiziki ağrılardan daha çox mənəvi ağrılar onu narahat edir…
Tural müəllimə qarşı baş vermiş zorakılığı pisləyir, ona Allahdan şəfa diləyir, məsələnin ədalətli hüquqi qiymət alacağına inanır, tezliklə sağlamlığına qovuşmasını arzulayırıq!”

 

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …