Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Bakı-Quba yolunda ağır qəza – 2 nəfər öldü, 3 yaralı var

Bakı-Quba yolunda ağır qəza – 2 nəfər öldü, 3 yaralı var

Bakı-Quba yolunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Sumqayıt şəhəri H. Z. Tağıyev qəsəbəsində qeydə alınıb.

“Hyundai” markalı maşınla “KamAZ”ın toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

***

Ölənlərdən birinin kimliyi məlum olub. O, 1995-ci il təvəllüdlü Zabit Cəfərovdur.

***

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 3 nəfər yaralı Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti orta-ağır, birinin səhhəti isə qənaətbəxşdir.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …