Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Bakı-Qazax yolundakı qəzada 30 nəfər yaralandı – Fotolar

Bakı-Qazax yolundakı qəzada 30 nəfər yaralandı – Fotolar

Bakı-Qazax yolunda sərnişin avtobusu aşıb.

“ Azinforum.az ” APA-ya istinadən xəbər verir  ki, hadisə Hacıqabul rayonun Atbulaq qəsəbəsi ərazisində qeydə alınıb.

Çoxyerli avtobusun “KamAZ” markalı yük maşını ilə toqquşaraq aşdığı bildirilir.

İlkin məlumata görə, çoxlu sayda xəsarət alan var.

***

Bakı-Qazax yolunda qəzaya düşən turist avtobusunun sərnişinləri orta məktəb şagirdləri və onların valideynləri olub.

Gürcüstanın Qori şəhərindən olan orta məktəb şagirdləri və onların valideynləri Bakıya ekskursiyaya yollanıblar.

Avtobusda olan 20 uşaq və 10 valideyn müxtəlif dərəcəli xəsarətlər alıb.



Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …