Bazar , Oktyabr 20 2019
Ana səhifə / Kriminal / Bakı parkinqlərində qiyməti kimlər müəyyən edir?

Bakı parkinqlərində qiyməti kimlər müəyyən edir?

Avtodayanacaqlarda tətbiq edilən qiymətlərə Tarif Şurası müdaxilə edə bilməz.

Bu sözləri Axar.az-a İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev avtomobil dayanacaqlarındakı qiyməti şərh edərkən bildirib. Onun sözlərinə görə, Şuranın bu qiymətlərə vahid tarif tətbiq etmək səlahiyyəti yoxdur.

“Parkinqlərə tətbiq edilən qiymətləri yalnız xidməti təklif edən yerlər müəyyən edə bilər. Qiymətlər Tarif Şurası tərəfindən müəyyənləşdirilmir. Bu mövzuda Şuraya hər hansısa bir səlahiyyət verilməyib”.

Bəs paytaxtda parkinqlər sürücülərə hansı qoymətlərə təklif edilir?

Bakıda fəaliyyət göstərən yeraltı və yerüstü duracaqlarda tətbiq edilən qiymətləri təqdim edirik:

Metropark

30 dəqiqə – 2 saat – 1 AZN
2-4 saat – 2 AZN
4-8 saat – 3 AZN
6-12 saat – 4 AZN
12-24 saat – 5 AZN

Burada xidmətdən ilk 30 dəqiqəyə qədər istifadə ödənişsizdir.

28 Mall

0-1 saat – 1 AZN
2-3 saat – 2 AZN
3-5 saat – 3 AZN
5-7 saat – 5 AZN
7-24 saat – 20 AZN

Burada isə ilk 15 dəqiqə üçün ödənişsiz dayanacaqdan istifadə mümkündür.

“28 Mall”ın məlumat mərkəzindən verilən cavaba görə, mərkəzin parkinq sistemində artıq 3 ildir bu qaydalar tətbiq edilir. Mərkəz qiymətlərin bu cür tətbiqini yer sıxlığı ilə əlaqələndirir:

“Biz yer sıxlığı üzündən bu qiymətləri qoymuşuq ki, müraciət edənlərin sayı az olsun”.

“Galleria Nargiz” Mall

Burada qiymətlərin saatı 1 AZN-dən başlayır. İlk 1 saata qədər isə ödəniş tələb olunmur.

AF Mall

0-1 saat – 1 AZN
1-3 saat – 2 AZN
3-6 saat – 4 AZN
6–12 saat – 6 AZN
12-24 saat – 8 AZN

Burada saatlıq ödənişdən başqa aylıq abunə haqqı sistemi də var – ayı 200 manat. Abunə olan şəxslər ay ərzində parkinq xidmətindən limitsiz istifadə edə bilərlər.

Nizami metrosu yaxınlığında yerləşən 23 mərtəbəli avtodayanacaqda isə qiymətlər nisbətən ucuzdur. Burada qiymətlərin saatı 50 qəpikdən başlayır.

Qaydalara görə, giriş zamanı təqdim edilən bileti itirərsinizsə, bunun üçün əlavə olaraq 10 manat cərimə ödəməli olacaqsınız.

Qış bulvarının altında tikilən 3 mərtəbəli 4500 tutumlu avtomobil dayanacağında da qiymətlərin saatı 50 qəpiyədir. Burada aylıq limitsiz istifadənin qiyməti 100 AZN-dir.

Yerüstü parkinqə gəlincə, şəhər mərkəzində saatı 1 manat olan maşın dayanacaqları şəhərdən kənarda 40-50 qəpiyə təklif edilir.

Qeyd edək ki, yerüstü parklanmada qiymətlər bəzən maşının qiymətinə görə də dəyişə bilər. Bəzən parklanmaya nəzarət edən şəxslər sürücüyə maşının bahalı, yaxud nisbətən ucuz olmasını hesablayaraq müxtəlif qiymətlər deyirlər. Məsələn, “Mersedes-Benz G-klass” (“Qalendevagen”) markalı maşınların şəhər mərkəzində parkinqinin saatı 2-3 manatdan hesablanır.

Həmçinin oxuyun

Sedat Peker “Quli”nin rəqibi ilə görüşündən danışdı – “Rəis” Badri ilə nə barədə söhbət edib?

Türkiyənin yeraltı dünyasının lideri Sedat Pekerin (“Rəis”) azərbaycanlı “qanuni oğru” Nadir Səlifovla konfliktdə olan gürcü …

Bir cavab yazın