Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Bakı-Moskva aviareysinə biletlər ucuzlaşdı

Bakı-Moskva aviareysinə biletlər ucuzlaşdı

“Azərbaycan Hava Yolları” QSC (AZAL) yeni “Promo” tarifi üzrə Bakı-Moskva (Domodedovo) reysinə biletlərin qiymətini azaldıb.

AZAL-dan “Trend”ə verilən məlumata görə, yeni tariflə Bakıdan Moskvaya aviabiletlər 122, əks istiqamətə isə 110 avrodur.
Biletlərin dəyərinə bütün rüsumlar, həmçinin qidalanma və 8 kq-dək əl yükü daxildir. Bir baqaj yerinin (23 kq-dək) qiyməti 25 avro təşkil edir.
Qeyd edək ki, bundan əvvəl biletlərin qiyməti bu tarif üzrə təqribən 295 manat idi.
Uçuşlar “Airbus A320” təyyarəsi ilə həyata keçirilir.
“Promo” tarifi “AZAL Miles” bonus proqramına daxil deyil.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın