Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Bakı metrosunda həyacanlı anlar – Qadın relslərin üstünə yıxıldı

Bakı metrosunda həyacanlı anlar – Qadın relslərin üstünə yıxıldı

Noyabrın 15-də səhər saatlarında metronun “Xalqlar Dostluğu” stansiyasında qadın qatar relsinə yıxılıb.

Bu barədə Trend-ə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Mətbuat xidməti rəhbərinin sözlərinə görə, hadisə səhər saat 08:18 radələrində baş verib: “1963-cü il təvəllüdlü Sevda Osmanova adlı sərnişin “Xalqlar Dostluğu” stansiyasında qatar olmayan vaxtda relslərin üstünə yıxılıb. Metro əməkdaşlarının və sərnişinlərin işarəsiylə qatar stansiyaya daxil olanda maşinist qatarı saxlayıb, qadını oradan çıxarıblar. Başından xəsarət alan qadın dərhal təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir”.

N.Paşayev bildirib ki, nəticədə “Xalqlar Dostluğu”-“Dərnəgül” istiqamətində hərəkət edən qatarların hərəkətində 5-6 dəqiqəyədək interval yaranıb: “Hazırda intervalda yaranan problem aradan qaldırılıb və qatarların normal hərəkəti bərpa olunub”.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …