Çərşənbə , İyun 26 2019
Ana səhifə / Kriminal / Bakı metrosunda HƏYƏCAN: gənc oğlan özünü qatarın altına atıb – YENİLƏNİB

Bakı metrosunda HƏYƏCAN: gənc oğlan özünü qatarın altına atıb – YENİLƏNİB

“Əhmədli” metrostansiyasında gənc oğlan özünü qatarın altına atıb. Bu barədə Lent.az-a “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, hadisə “Əhmədli” stansiyasının 1-ci yolunda baş verib: “Həmin şəxs saat 17.03-də özünü qatarın altına atıb. Qatarın hərəkəti dayandırılıb.
Metro polisinin iştirakı ilə həmin şəxs çıxarılıb və ona ilkin yardım göstərilərək təcili yardım tərəfindən aparılıb. Üstündə sənəd olmayıb. Özünün dediyinə görə, 1991-ci il təvəllüdlü Kürdəmir rayon sakini Kamil Daşqın oğlu Nuriyevdir”.

17:28

Bu gün saat 17:25-də “Əhmədli” metrostansiyasında 24-25 yaşlı oğlan huşunu itirərək relsin üstünə yıxılıb.

Lent.az-ın məlumatına görə, xoşbəxtlikdən həmin an platformada qatar olmayıb.

Yüngül xəsarət alan gənc relsin üstündən çıxarılıb.

Həmçinin oxuyun

Qayınatasını döyən çempiona hökm oxundu

Qayınatasını beşbarmaqla döyməkdə təqsirləndirilən, kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidova hökm oxunub.  “Qafqazinfo”nun verdiyi …