Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Bakı metrosuna balta ilə girib vətəndaşları təhdid etdi – Video

Bakı metrosuna balta ilə girib vətəndaşları təhdid etdi – Video

Bakı Metropolitenində balta ilə gəzən şəxsin görüntüləri yayılıb.

“ Azinforum.az ” xəbər verir ki, öz videosunu çəkərək sosial şəbəkələrdə paylaşan şəxs metroda balta ilə gəzdiyini deyərək əlindəki bağlamanı göstərib.

Vətəndaşları hədələyən həmin adam videoda bunları deyib: “And olsun bizi yaradana. Bakı şəhərində qaşın-gözün… Nə bilim özünü qadın kimi aparanlardan görsəm, Bakı şəhərində bu balta ilə… Bax metrodayam, həmin o qaşın-gözün alanın başını kəsməsəm, adam deyiləm”.

Naməlum şəxs özü ilə gəzdirdiyi və daxili görünməyən sellofana bükdüyü baltanı da nümayiş etdirərək hədələrinin real olmasını vurğulayıb.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”ya bildirib ki, video barədə xəbərdardırlar və müvafiq araşdırmalara başlanılıb.

Həmin görüntüləri təqdim edirik:https://ok.ru/videoembed/3837154101866

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …