Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Kriminal / Bakı ilə İslamabad arasında aviareyslərin açılışı təxirə salındı

Bakı ilə İslamabad arasında aviareyslərin açılışı təxirə salındı

“Türkiyə Hava Yolları” şirkətinin təyyarələri avqustun 12-dən İslamabad-Bakı-İstanbul marşrutu üzrə reysin həyata keçirilməsinə başlamalı idi, lakin texniki problemlərə görə reys təxirə salınıb. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayseri deyib.

Xatırladaq ki, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Trend-ə üçtərəfli razılığa əsasən, reysin həfətədə iki dəfə – bazar ertəsi və cümə günləri “Türkiyə Hava Yolları”na məxsus təyyarələrlə həyata keçiriləcəyini bildirmişdi.

Biletlərin qiyməti təqribən 600-650 ABŞ dolları, uçuşun müddəti təxminən 3 saat olacaq.

Hava əlaqəsinin bərpa edilməsi ilə bağlı razılıq Pakistan prezidenti Məmnun Hüseynin ötən ilin mart ayında Azərbaycana rəsmi səfəri zamanı əldə olunmuşdu.

Mövcud İstanbul-İslamabad aviareysinin Bakıya kimi uzadılması məsələsi həmçinin Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə müzakirə olunub.

Səfir bildirib ki, Azərbaycan və Pakistan hökumətləri aviareysin açılışının iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına imkan yaradacağına ümid edir.

Həmçinin oxuyun

“Lotu Quli”nin məzarı üstündə atışma: Bir nəfər öldü

İstanbulun Esenyurt rayonunda “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub. …

Bir cavab yazın