Çərşənbə , İyun 16 2021
Ana səhifə / Kriminal / Bakı Baş Gömrük İdarəsinin əməkdaşları həbs olundu

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları həbs olundu

Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb.

Əməliyyat zamanı İdarənin yüksək vəzifəli şəxslərinin rüşvət alarkən tutulduğu qeyd edilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, bununla bağlı ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

Həmçinin oxuyun

“Zevs” ləqəbli şəxsin hərəkəti araşdırılır – DİN

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə izləyicisini döyərək lentə alan şəxslə bağlı yayılan videogörüntülərə münasibət …