Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / Bahalı prezident təyyarələri – FOTOLAR

Bahalı prezident təyyarələri – FOTOLAR

Dünya liderləri daim diqqət mərkəzində olduğundan onların bütün həyat tərzi maraqla qarşılanır. ANS PRESS-in məlumatına görə, ölkə liderlərinin bu dəfə VİP təyyarələri bütün diqqətləri üzərinə çəkəcək. Milyonlarla dollar qiyməti olan təyyarələrin əksəriyyəti “Boeing 747” tipli nəhəng hava gəmiləridir.
Məlumdur ki, səyahət etmək üçün sürətli və rahat təyyarə seçmək lazımdır. Dövlət liderləri də bu qaydaya tərəfdardırlar. Son texnika ilə təchiz edilmiş dünyada ən bahalı və təmtəraqlı prezident təyyarələrini sizə təqdim edirik.
İL – 96-300 – Rusiya
Rusiya prezidenti Vladimir Putin dünya üzrə dəyəri 50 milyon dollar olan İL – 96-300 təyyarəsiylə səyahət edir. Təyyarə PS-90i markalı dörd turbo mühərriklə təchiz edilib və SSRİ-də birinci genişfuzelyajlı təyyarə sayılır. Keyfiyyətli naviqasiya və peyk sistemləri təhlükəsiz uçuşu təmin edir. İçində 262 sərnişin yerləşə bilər. 2015-ci ildə Müdafiə Nazirliyi təyyarənin yeni versiyasını sifariş edib. O əlavə yanacaq doldurmadan 3500 kilometr məsafə uça bilir. Bu təyyarədən yalnız bir ədəd mövcuddur. Putinin təyyarəsində duş, bar, yataq otağı, iş masası, toplantı salonu var. Təyyarənin dizaynı Kremli xatırladır. Bu hava gəmisi nüvə silahı hücumlarına da qarşı təhlükəsizlik sistemləri ilə təhciz edilib. Təyyarənin daxili dizaynı dövlət sirri hesab edilir.
“Air Force One” – ABŞ
ABŞ prezidenti Barak Obamaya aid olan təyyarəni “qiyamət gününün təyyarəsi” adlandırırlar. Dəyəri 220 milyon dollar olan bu təyyarədən cəmi dörd dənədir. Obamanın təyyarəsi raketlərdən müdafiə sistemi ilə təhciz edilib. “Air Force One” (Hava Qüvvələri 1) bir çox filmlərin də mövzusu olub. “Boeing” şirkətinin 1990- cı ildə istehsal etdiyi nüvə savaşı zamanı belə idarə edilə bilər. Fövqəladə vəziyyət olarsa prezident oranı bir kapsulun köməkliyi ilə tərk edə bilər. Onun içərisində 85 telefon var. Bütün sistemlərin iki ehtiyat variantı var. Pilotlar hərbi təyyarələrin pilotları arasından seçilir. Təyyarənin istismar müddəti 2023-cü ildə bitir. Onu 747-8 seriyasından olan təyyarə əvəz edəcək.
Airbus A330-200 – Fransa
Fransa prezidenti Fransua Ollandın qənaətli və mobil Airbus A330-200 təyyarəsi 240 milyon dollar dəyərindədir. Airbus A330-200 qısa və uzun uçuşlara hesablanmışdır. İçində 247 sərnişin yerləşdirmək olar. Təyyarənin salonu işgüzar görüşlər və havada dövlət liderlərinin müşavirələrini keçirmək üşün təchiz edilib.Təyyarə ekipaj üçün işıqlandırma işıqdiodu ilə və əla rahat kreslolar,çarpayılarla təchiz edilmişdir.
Airbus A340-313 – Almaniya
Konrad Adenauer kimi məşhur olan Airbus A340-313 dəyəri 238 milyon dollardır. Təyyarə bütün texniki və estetik tələblərə cavab verir. Dövlət başçılarının daşınmasından başqa, təyyarə xeyriyyə reyslərində də iştirak edir. Məsələn 2011-ci ildə Livan qaçqınlarını təxliyyə edib. Əlavə yanacaq doldurmadan o 15-16 min kilometr məsafənin öhdəsindən gəlməyə və içində 143 sərnişin götürməyə bacarıqlıdır.VIP salondan başqa burada çoxlu yataq yeri var.
Boeing 767-300 – Azərbaycan
Azərbaycan prezidenti İlham Əliyev müasir texniki göstəricilərə malik Boeing 767-300 təyyarəsindən istifadə edir. Təyyarə uzun uçuşlar üçün nəzərdə tutulub. Təyyarənin dayanmadan 16 min kilometr məsafəni uça biləcəyi bildirilir. Təyyarədə iş zonası və konfrans zalı yerləşir.
Cənubi Afrika Respublikası Jakob Zuma – Boeing 737 (BBJ)
Kanada baş naziri Stefen Harper – Airbus A310-300s (CC-150 Polaris)
Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləziz – Boeing 747
İndoneziya lideri Joko Vidodo – Boeing 737-800
Braziliya prezidenti Dilma Rousseff – Airbus 319

Həmçinin oxuyun

Nazim Bəydəmirlinin məhkəməsi başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq …

Bir cavab yazın