Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Bahalaşmadan əziyyət çəkənlər, yarmarkalar olacaq

Bahalaşmadan əziyyət çəkənlər, yarmarkalar olacaq

Kənd Təsərrüfatı Nazirliyi dolların bahalaşması nəticəsində süni bahalaşmanın qarşısını almaq üçün kənd təsərrüfatı yarmarkaları təşkil edəcək.

Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, Bakı və Sumqayıtda kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkaları açılacaq.

Nazirliyin mütəxəssislərindən ibarət işçi qrupları yarmarkalara təhkim olunaraq satılan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə, istehlak üçün yararlı olmasına, qiymətlərin tənzimlənməsinə nəzarət edəcəklər.

Yarmarkalar aşağıdakı ünvanlarda təşkil olunacaq:

1. Səbayel rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, 1;

2. Suraxanı rayonu, Malik Mustafayev küçəsi, 4, keçid 1848, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin yanı, stadionun yaxınlığı;

3. Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Koroğlu Rəhimov küçəsi, 53;

4. Nərimanov rayonu, Keşlə bazarı;

5. Xətai rayonu, Əhmədli, “Bakı” kinoteatrının yaxınlığı, Məzahir Rüstəmov küçəsi ilə Sarayevo küçəsinin kəsişməsi;

6. Sumqayıt şəhəri, 12-ci mikrorayon, Dəmiryol Vağzalının yanı.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın