Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Bağlanmış bankların əmanətçilərinin yarıdan çoxunun hesabında cəmi 1 manat var

Bağlanmış bankların əmanətçilərinin yarıdan çoxunun hesabında cəmi 1 manat var

Ləğvetmə prosesində olan “Parabank”, “Zaminbank”, “Kredobank” və “Dekabank” ASC-lərin qorunan əmanətçilərinin təxminən 55%-nin bank hesablarındakı vəsaiti 1 manatdan çox deyil.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, bağlanmış 4 bankda qorunan əmanətçilərinin sayı 31 959 nəfərdir. Bunlardan 17 786 nəfərin əmanəti 1 manata, 11 534 nəfərin əmanəti isə 1 manatdan 1 000 manata qədərdir. 1 000 manatdan artıq pulu olan əmanətçilərin sayı isə 2 639 nəfərdir və avqustun 19-na onlardan 1 915 nəfərinə (72,6%) 56,455 mln. manat kompensasiya ödənilib.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın