Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Bağlanmış 9 bankın əmanətçilərinə 261 milyon manat kompensasiya ödənilib

Bağlanmış 9 bankın əmanətçilərinə 261 milyon manat kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilmiş 9 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 261,402 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 32,57 mln. manat, “Zaminbank” ASC – 49,004 mln. manat, “Kredobank” ASC – 17,181 mln. manat, “Dekabank” ASC – 2,772 mln. manat, “Atrabank” ASC – 13,282 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC – 1,699 mln manat, “Bank of Azerbaijan” ASC – 24,091 mln. manat, “Gəncəbank” ASC – 926 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri isə 119,878 mln. manat kompensasiya alıblar.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın