Çərşənbə axşamı , Mart 19 2019
Ana səhifə / Kriminal / Bağlanmış 10 bankın əmanətçilərinə 721,7 mln. manat kompensasiya ödənilib

Bağlanmış 10 bankın əmanətçilərinə 721,7 mln. manat kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 721,667 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,937 mln. manat, “Zaminbank” ASC – 52,461 mln. manat, “Kredobank” ASC – 27,77 mln. manat, “Dekabank” ASC – 3,022 mln. manat, “Atrabank” ASC – 14,27 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC – 1,974 mln. manat, “Bank of Azerbaijan” ASC – 24,148 mln. manat, “Gəncəbank” ASC – 976 min manat, “Texnikabank” ASC – 120,152 mln. manat, “Bank Standard” QSC-nin qorunan əmanətçiləri isə 433,957 mln. manat kompensasiya alıblar.

Həmçinin oxuyun

Vidadi Zeynalov təcridxanada təsərrüfat işləri görüb – Açıqlama

Prezident İlham Əliyevin martın 16-da imzaladılğı əfv sərəncamında Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında …

Bir cavab yazın