Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Bağlanan 10 bankın əmanətçilərinə 711,6 mln. manat kompensasiya ödənilib

Bağlanan 10 bankın əmanətçilərinə 711,6 mln. manat kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan “Report”a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 711,557 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,868 mln. manat, “Zaminbank” ASC – 52,334 mln. manat, “Kredobank” ASC – 27,192 mln. manat, “Dekabank” ASC – 3,021 mln. manat, “Atrabank” ASC – 14,218 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC – 1,928 mln. manat, “Bank of Azerbaijan” ASC – 24,147 mln. manat, “Gəncəbank” ASC – 975 min manat, “Texnikabank” ASC – 120,081 mln. manat, “Bank Standard” QSC-nin qorunan əmanətçiləri isə 424,791 mln. manat kompensasiya alıblar.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın