Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Badamdarda fəhlə villanın 3-cü mərtəbəsindən yıxılaraq ölüb

Badamdarda fəhlə villanın 3-cü mərtəbəsindən yıxılaraq ölüb

Bakıda villanın tikintisində fəhlə işləyən şəxs ehtiyatsızlıqdan yıxılaraq ölüb. “Report” xəbər verir ki, hadisə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində qeydə alınıb.

Məlumata görə, 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Hüseynov Telman Eyyub oğlu üçmərtəbəli villanın üçüncü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …