Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Kriminal / Bacısının başını kəsən sədrin qızı ilə bağlı – Qərar dəyişdi

Bacısının başını kəsən sədrin qızı ilə bağlı – Qərar dəyişdi

Bakı Apellyasiya Məhkəməsində bacısının başını kəsərək öldürən Pərvanə Nuriyevanın evdə müalicə olunması barədə qərardan prokurorluğun verdiyi protest üzrə qərar verilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 2014-cü ilin oktyabrında  1995-ci il təvəllüdlü Pərvanə Nuriyeva bacısı, 1993-cü il təvəllüdlü Güneli 22 bıçaq zərbəsi vurub, sonra isə başını kəsərək öldürüb.

2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Nuriyeva müalicə edilməsi üçün 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Onun ailə üzvləri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək onun ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsini istəyiblər. Məhkəmə həmin təqdimatı təmin edib.

Prokurorluq bu qərardan apellyasiya protesti verib. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə baxılıb. Baş Prokurorluğun protesti təmin edilib və rayon məhkəməsinin qərarı ləğv edilib. P.Nuriyeva müalicə edilməsi üçün xəstəxanaya qaytarılıb.

Nuriyeva bacılarının atası Etibar Nuriyev Şəki bələdiyyəsinin sədri olub, hazırda bizneslə məşğul olur.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …