Çərşənbə , Aprel 14 2021
Ana səhifə / Kriminal / Bacısını və onun sevgilisini öldürmək istəyən 25 yaşlı gəncə hökm oxundu

Bacısını və onun sevgilisini öldürmək istəyən 25 yaşlı gəncə hökm oxundu

Bakıda bacısını və onun sevgilisini bıçaqlayan şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri öldürməyə cəddə suçlanan Sadiq Sadıqovun məhkəməsi baş tutub.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Sadiq Sadıqov 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, Yasamal rayonu ərazisində 27 yaşlı Zümrüd Sadıqovaya və onunla birlikdə yaşayan sevgilisi 24 yaşlı İsmayıl Həmidova çoxsaylı bıçaq xəsarətləri yetirilib.

Araşdırma zamanı hadisəni 25 yaşlı Sadiq Sadıqovun törətdiyi məlum olub. Sadiq bacısının bu münasibətindən razı olmayıb və etiraz edib. Bu məsələ ilə bağlı aralarında dəfələrlə mübahisə olub.

Qeyd edək ki, Sadiq Sadıqov Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.

Məhkəmə istintaqı dövründə zərərçəkənlər Sadiq Sadıqovu bağışlayıb. Musavat.com

Həmçinin oxuyun

Azərbaycanlı müğənni boşanmaq istədiyi əri tərəfindən öldürüldü – VİDEO

Azərbaycanda gənc müğənni boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən qətlə yetirilib. Unikal.org xəbər verir ki, bu …