Cümə axşamı , Oktyabr 24 2019
Ana səhifə / Kriminal / Bacısını öldürüb zirzəmidə basdırdı — DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Bacısını öldürüb zirzəmidə basdırdı — DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

7 il qabaq bacısını əxlaqsız hərəkətlərinə görə öldürərək basdıran qardaş məhkəmə qarşısına çıxarılacaq.
“Ölkə.Az”ın məlumatına görə, cinayət məcəlləsinin 120.1-ci maddəsi ilə təqsiləndirilən Hüseynov Aydın Çingiz oğlunun məhkəmə prosesinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırov sədrlik edəcək.

Bu ilin mart ayının sonlarında Goranboyda 2011-ci ildə törədilən qətl hadisəsinin üstü açılıb. 7 il əvvəl qətlə yetirilən, rayonun İrəvalı kəndində yaşayan 1983-cü il təvəllüdlü Rəxşəndə Hüseynovanın meyiti qardaşının yaşadığı evin zirzəmisindən çıxarılıb.
Araşdırma zamanı məlum olub ki, R. Hüseynova 2011-ci ildə qardaşı – 1985-ci il təvəllüdlü Aydın Hüseynov tərəfindən boğularaq öldürülüb. Daha sonra isə meyiti evin zirzəmisində basdırıb. Qətli törədən A. Hüseynov saxlanılıb.

Məlumata görə, R. Hüseynova ailəli olub. 2008-ci ildə boşanaraq qardaşı ilə birgə yaşamağa başlayıb. Qadının həyat tərzi, dəfələrlə xarici ölkələrə getməsi qardaşları tərəfindən narazılıqla qarşılanıb. Deyilənə görə, R. Hüseynova iradlara məhəl qoymayıb, nəticədə 2011-ci ildə qardaşı A. Hüseynov onu boğaraq qətlə yetirib.

R. Hüseynovanın iki qardaş və iki bacısının olduğu bildirilir.

Həmçinin oxuyun

Azərbaycanda fizika müəllimi işləyən FETÖ-çüyə 7 il həbs

Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı açılan cinayət işinin istintaqı zamanı saxlanılan təşkilatın Azərbaycandakı məktəblərindən birində …