Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Kriminal / Bacısı qızına təcavüz edən dayı cəzasının azaldılmasını istəyir – Məhkəmə

Bacısı qızına təcavüz edən dayı cəzasının azaldılmasını istəyir – Məhkəmə

Bacısı qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Ruslan Babayev Ali Məhkəməyə kassasiya şikayəti verib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Babayev 12 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti verən R.Babayevin şikayəti təmin edilməyib. 

Xatırladaq ki, Bakı şəhər sakini, azyaşlı Lalə Qafarovaya (ad, soyad şərtidir) qarşı dayısı 1993-cü il təvəllüdlü Babayev Ruslan Rafael oğlu tərəfindən dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə, 2019-cu il yanvarın 19-da Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq tədbirləri aparılıb. Binəqədi rayon polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində R.Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Yenisabah.az

Həmçinin oxuyun

Peqova qarşı cinayət işi – təhvil verilməsə, özümüz…

Respublika Prokurorluğu Rusiya vətəndaşları olan “WarGonzo” layihəsinin müəllifi Semyon Vladimiroviç Peqov və Yaxın Şərq və …