Cümə , Oktyabr 23 2020
Ana səhifə / Kriminal / “Bacılarıma qardaşlıq edə bilmədim” – Reketliyə görə həbs olunan hüquqşünas – VİDEO – FOTO

“Bacılarıma qardaşlıq edə bilmədim” – Reketliyə görə həbs olunan hüquqşünas – VİDEO – FOTO

ARB TV-nin “Rezonans” proqramı bu dəfə azadlıqda reketliklə məşğul olan məhkum Məftun Musayevin həyatını işıqlandırıb.

Məftun Musayev (Cəzası: 13 il) – Məhkum: “Yevlaxda doğulmuşam. Orta məktəbi Bakıda bitirmişəm. Universiteti bitirəndən sonra həbsə düşdüm. Böyüklərin sözünə qulaq asmayanda belə olur. Özüm də hüquqşünas ola-ola belə oldu. Əsas səhv özümə görə oldu. Birinin alacağı var idi, ala bilmədi, mənə dedi, mən getdim almağa. Bu da oldu reketlik. Həmin adam da vaxtı uzadırdı. Bir gün oradan keçəndə yenə gedib istədim. Adam vaxtı uzadırdı. Mən də adamın sənədlərini götürdüm. Bu da şikayət etdi. 1 ildən də az qalıb çıxmağıma. Çox şey itirdim. 12 ildə bir şeyi başa düşdüm ki, ata, ana nə desə o olmalıdır. Bir arzum var ki, ailəm olsun. Əvvəllər valideynlərim yanıma gəlmirdi. Elə bir hisdir, fikirləşirsən ki, 11 ilin getdi. Elə şeylər var ki, özüm-özümdə vicdan əzabı çəkirəm. 2 bacım var. Heç birinin xeyir işində ola bilmədim. Necə qardaş, necə övladam ki, nə bacılarıma qardaşlıq edə bildim, nə də valideynlərimə övladlıq edə bildim. Bir gün dedilər ki, görüşün var. Xalamoğlu ilə atam gəlmişdi. 2 ildən sonra gəmişdilər”.

 

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …