Sosial şəbəkədə biz:

Bacı-qardaşın öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

Bacı-qardaşın öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

Dünən Lənkəran rayonunda məktəbli bacı-qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

Fakta görə Lənkəran ŞRPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – 2 vəya daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə iş açılıb. İbtidai istintaq aparılır.

Qeyd edək ki, hadisə dünən səhər saat 08 radələrində baş verib. Quluzadə Vurğun Asif oğlu Lənkəran-Lerik magistral avtomobil yolunun Lənkəran rayonu Şovu kəndi ərazisindən keçən hissəsində idarə etdiyi 10-SV-620 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz C230” markalı avtomobillə yol kənarında hərəkətdə olan piyadalar -  2017-ci il təvəllüdlü Əlizadə Günay Şamid qızı və 2014-cü il təvəllüdlü Əlizadə Ramid Şamid oğlunu vurub. Onlar xəstəxanaya aparılarkən yolda ölüblər.




Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol