Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Bəxtiyar Hacıyev Ramin Hacılı ilə bağlı yenidən məhkəməyə müraciət etdi

Bəxtiyar Hacıyev Ramin Hacılı ilə bağlı yenidən məhkəməyə müraciət etdi

Avropa ölkələrinə mühacirətə getmək istəyən şəxslərə saxta arayışlar verməkdə və dələduzluq etməkdə təqsirləndirilən Ramin Hacılı ilə ictimai fəal Bəxtiyar Hacıyevin məhkəmə çəkişməsi davam edir.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hazırda həbsdə olan Bəxtiyar Hacıyev Ramin Hacılı ilə bağlı yenidən məhkəməyə müraciət edib.

O, aşağı instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verib.

Şikayət hakim Hafiz Nəsibovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 19-na təyin edilib.

Qeyd: Daha əvvəl Bəxtiyar Hacıyev Ramin Hacılının qeydiyyatda olduğu Füzuli Rayon Məhkəməsinə müraciət edərək, ona qarşı iddia qaldırıb. O, Ramin Hacılının 2013-cü ildən bəri onun barəsində sosial şəbəkələrdə və mediada irəli sürdüyü iddialarin yalan və böhtan xarakterli olduğunu bildirib.

Buna görə də xüsusi ittiham qaydasında şikayət edərək Ramin Hacılının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilərək həbs edilməsini istəyib.

Ramin Hacılı Baş Prokurorluq tərəfindən dələduzluq və saxta sənədlər düzəltmək ittihamı ilə saxlanılaraq həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ramin Hacılı 7 il 7 ay müddətə azadlıqdan məhrum edilib.

Ötən ilin dekabrında Bəxtiyar Hacıyev xuliqanlıq və  məhkəməyə hörmətsizlikdə ittiham olunaraq barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə həbs olunduğu bildirilir.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …