Ana səhifə / Kriminal / Bəzi turizm agentlikləri yeni hiyləyə əl atıb – VİDEO

Bəzi turizm agentlikləri yeni hiyləyə əl atıb – VİDEO

Mövsümlə əlaqədar çoxları xarici ölkələrə səyahətlə maraqlanır, müvafiq tur axtarışına çıxırlar. Bəzi turizm agentlikləri isə belə insanları cəlb eləmək üçün müəyyən hiylələrdən istifadə edirlər.
Məsələn, siyahıda turun qiyməti 276 manat göstərilir, amma ətraflı maraqlandıqda 276 dollar olduğu üzə çıxır. Başqa sözlə, arada 160 manat fərq var.
Digər bir turizm saytında isə bu fərq daha böyükdür. 400 manatdan başlayan Avropa turu ümidilə saytı açanda 440 avro ilə qarşılaşırıq. Başqa sözlə, 400 manat əvəzinə 700 manat.
Bəziləri münasib qiymət ümidi ilə saytı açsa da real qiyməti görüb məyusluq keçirir.
Hüquqşünaslar bunun kiber cinayət olduğunu deyirlər. Çünki müştəri cəlb etmək üçün yalan məlumat ötürülür. Məsələ Mülki Məcəllənin 21 və 1097-ci maddələri ilə də tənzimlənir.
Turizmçilər isə bunu marketinq siyasəti olaraq qiymətləndirirlər. Baxmayaraq ki, açıq aydın yalan məlumat verilir.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın