Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / “Bəzi qiymətlər düzgün qoyulmur, özbaşınalıq yaradılır” – Cavid Qurbanov

“Bəzi qiymətlər düzgün qoyulmur, özbaşınalıq yaradılır” – Cavid Qurbanov

“Ötən gün prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı vahid tarif sisteminə toxunub. Cənab prezident bildirib ki, sahibkarlara şərait yaradılmalıdır ki, onlar rahat işləsinlər”.

“ Azinforum.az ” SİA-ys istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov söyləyib. C.Qurbanov bildirib ki, tarifi əsasən bazarın özü müəyyənləşdirir: “Bunu dövlətin özü nəzarətdə saxlayır. Yəni artıq şişirtmələr və bəzi məsələlər var ki, hansı ki, yüklərin buradan daşınmasına şərait yaradır. Onun qarşısını almaq üçün Cənab prezident belə bir bəyanatla çıxış edib və tapşırıq verib. Hesab edirəm ki, bu məsələ tənzimlənməlidir. Nəzərə almaq lazımdır ki, bəzi qiymətlər düzgün qoyulmur, tənzimlənmir və özbaşınalıq yaradılır. Bu özbaşınalıq da yüklərin Azərbaycandan qaçmasına səbəb olur. Ona görə də tariflərin tənzimlənməsi üçün cənab prezident belə tapşırıq verib”.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın