Şənbə , Sentyabr 19 2020
Ana səhifə / Kriminal / Bərdədə kütləvi dava – 1 ölü, 3 yaralı + Fotolar

Bərdədə kütləvi dava – 1 ölü, 3 yaralı + Fotolar

Bərdədə kütləvi dava baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Şorəlli kəndində qeydə alınıb.

İnsident nəticəsində rayonun Böyük Göyüşlü kənd sakini Mənsur Camalov ölüb, Bağırov Rauf, Əzizov Nicat  və Abbasov Adıgözəl isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı şəxslərin vəziyyətləri ağırdır.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Həmçinin oxuyun

MTN polkovnikinin həbs müddəti uzadıldı

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olmuş polkovnik-leytenant Zaur Camalxanov barəsində istintaqın …