Ana səhifə / Kriminal / Bərdədə gənc qız qohumunu güllələyib öldürüb – MƏHKƏMƏ

Bərdədə gənc qız qohumunu güllələyib öldürüb – MƏHKƏMƏ

Bərdədə qətl törətməkdə təqsirlш bilinən Nərmin Mehralıyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası martın 9-na təyin olunub.

Qeyd edək ki, hadisə ötən il noyabrın 10-da Bərdə rayonu, Mollalı kəndində baş verib.
Kənd sakini, 1981-ci il təvəllüdlü Hacıyeva Sevda İsa qızının odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin qohumu 1995-ci il təvəllüdlü Mehralıyeva Nərmin Güloğlan qızının birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı ov tüfəngindən atəş açaraq Sevda Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

N.Mehralıyevaya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Həmçinin oxuyun

Xanhüseyn Kazımlının sürücüsü maşınına yaxınlaşan azyaşlı qızı döydü

Sabiq deputat, Sosial Rifah Partiyasının keçmiş sədri Xanhüseyn Kazımlının sürücüsü tərəfindən azyaşlı qıza qarşı zor …