Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Bələdiyyələr avtodayanacaqlardan haqq alacaqlar

Bələdiyyələr avtodayanacaqlardan haqq alacaqlar

İri ticarət mərkəzlərində fəaliyyətdə olan avtomobil dayanacaqlarının bələdiyyələrə vergi ödəməməsi haqqında məlumat vermişdik. Bugün bələdiyyələr adıçəkilən istiqamətdə ticarət mərkəzlərinin vergiyə cəlb edilməsi üçün hansı addımlar atır?
Məsələyə münasibət bildirən Səbail bələdiyyəsinin sədri Firdövsi Cəbrayılovun açıqlamasında ərazilərindəki ticarət mərkəzilərində olan, istərsə də digər yerlərdə fəaliyyət göstərən avtodayanacaqların ödənişdən boyun qaçırdıqlarını dilə gətirdi. Hazırda bununla bağlı məhkəməyə müraciət etmişik. Özümüzün haqlı olmağımızı və veriglərin vaxtında yerli büdcəyə ödənməli olduğunu izah edəcəyik. Qanun qarşısında hamı bərabər şəkildə məsuliyyət daşımalı və qanunlarımıza hörmətlə yanaşmalıdır.
Sədrin sözlərinə görə, bələdiyyəyə nə qədər çox vəsait daxil olarsa, bir o qədər də çox sakinlərimizin problemini həll etmiş olarıq.
Lökbatan bələdiyyəsinin hüquqşünası Vüqar Məmmədovun Belediyye.infoya açıqlamasında bildirib ki, bələdiyyələr fəaliyyət göstərdikləri ərazilərdə çoxsaylı yerli sosial inkişaf, yerli ekoloji inkişaf və yerli iqtisadi inkişaf proqramları hazırlayaraq həyata keçirirlər: “Bəzən yerli büdcə vəsaitləri hesabına həyata keçirilən layihələri sonadək yerinə yetirmək mümkün olmur. Səbəb inzibati ərazimizdə olan şəxslərin vaxtında vergiləri ödəməməsidir. Bildiyimiz kimi, “Yerli vergi və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi yerli ödənişlərin tərkibini nəzərdə tutur. Həmin qanunun 9.1.5-ci maddəsində qeyd edilib ki, bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir.
Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikası qanununun 11.3-cü maddəsində qeyd edilib ki, bu qanunun 9.1.5-ci maddəsində göstərilən ödənişlər hər bir ödəyicidən tutularaq, bələdiyyələr tərəfindən müəyyən edilmiş müddətlərdə və qaydalarla bələdiyyələrə ödənilir.
Təəssüf hissiylə bildirmək istərdik ki, ticarət mərkəzlərində kifayət qədər avtomobil dayanacağı fəaliyyət göstərsə də, bu günədək qanunun icrası mümkün olmamışdır.”
V. Məmmədovun ümid edir ki, ticarət mərkəzlərinin sahibləri bələdiyyənin müraciətinə biganə qalmayacaq və yaxın müddət ərzində problem öz həllini tapacaqdır.
Mənbə: Bələdiyyə.info

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın