Şənbə , Yanvar 23 2021
Ana səhifə / Kriminal / Bələdiyyə sədrini öldürən şəxsin qardaşı da qətl törətdi – Azərbaycanda

Bələdiyyə sədrini öldürən şəxsin qardaşı da qətl törətdi – Azərbaycanda

Sumqayıtda qətl törədilib. Lent.az xəbər verir ki, Saray qəsəbəsində Vüqar Hüseynov adlı şəxs qəsəbə sakini, 1963-cü il təvəllüdlü Salikov Muğan Əfqan oğlunu döyərək öldürüb. Belə ki, “Kürd Vüqar” ləqəbi ilə tanınan şəxs M.Salikovu Saraydakı “Qatar” restoranına dəvət edib. Burada o, bir qrup şəxslə birgə 55 yaşlı kişini vəhşicəsinə döyüb. Ağır vəziyyətdə Sumqayıt şəhər xəstəxanasına yerləşdirilən M.Salikov vəfat edib.

Qeyd edək ki, hadisəni törədən V.Hüseynov 2015-ci ilin iyun ayında Abşeron rayonunun Saray qəsəbəsində yaşayan qəsəbə bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbdilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbdilhəsənovu qətlə yetirən Fədail Hüseynovun qardaşıdır. Həmin cinayətdən sonra saxlanılan V.Hüseynov daha sonra qətlin Fədail tərəfindən törədilməsi üzə çıxandan sonra sərbəst buraxılmışdı.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı – RƏSMİ

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri …