Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Kriminal / Bələdiyyə sədri məhkəmə zalında qandallandı

Bələdiyyə sədri məhkəmə zalında qandallandı

Sabiq bələdiyyə sədrinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. O, vətəndaşların külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilir.

Musavat.com xəbər verir ki, Abşeron rayonunun Məhəmmədi kəndinin bələdiyyə sədri olmuş Vaqif Nəbiyevin cinayət işi üzrə məhkəmə proseslərindən biri başa çatıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.

Hökmə əsasən Vaqif Nəbiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş polis nəzarətinə verilmə qətumkan tədbiri dəyişdirilib və o, məhkəmə zalında həbs edilib.

Bildirək ki, sabiq bələdiyyə sədrinin daha bir məhkəməsi elə Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Onun digər cinayət işi üzrə məhkəmə prosesinə hakim Əlövsət Abbasov sədrlik edir.

Bildirək ki, bu iş davam edərkən məlum olub ki, sabiq bələdiyyə sədrinin başqa dələduzluq əməlləri üzə çıxıb və barəsində yeni cinayət işi açılıb.

Qeyd edək ki, bələdiyyə sədri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs olunub. Buna səbəb bələdiyyə sədrinin bir neçə vətəndaşa yüz min manatlarla miqdarında maddi ziyan vurmaqda, pullarını mənimsəməyərək ələ keçirməsi olub. Lakin daha sonra o, ev dustaqlığına buraxılıb.

Bələdiyyə sədrinin əməllərindən zərər çəkdiyini deyənlər arasnda xanım iş adamı Ülviyyə Abdalova da var.

Ü.Abdalova V.Nəbiyevin ondan 353 min 300 manat aldığını bunun üçün də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə müraciət etdiyini bildirib.

V.Nəbiyevin əməllərindən 10-dan çox şəxsin zərər gördüyü bildirilir.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …