Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Kriminal / Bələdiyyə sədri: “Deyirlər “Mavi Balina” oynayırmış…”

Bələdiyyə sədri: “Deyirlər “Mavi Balina” oynayırmış…”

Ağdaş rayonunun Ləki qəsəbəsində 7-ci sinif şagirdi İsmayıl Adıgözəlovun intiharı son vaxtlar geniş səs-küy doğuran “Mavi Balina” oyunu ilə əlaqədardır. Bunu virtualaz.org-a qəsəbənin bələdiyyə sədri Misir Misirov bildirib.

Onun sözlərinə görə, azyaşlı son vaxtlar bu oyuna aludə olubmuş: “Göy balina”dır, nədir, o oyuna aludə olubmuş. Mən də bu gün vağzalda eşitdim. Çox tərbiyəli, ağıllı, namaz qılan, oruc tutan uşaq idi. Necə olub belə bir oyun oynamağa başlayıb, bilmirəm. Ötən gün saat 12:00-13:00 arası özünü evlərinin qarşısındakı yarımçıq tikilidə asıb…”, – deyə bələdiyyə sədri qeyd edib.

M.Misirov bildirib ki, məktəbdə belə oyunlara şərait olmadığına görə, evdə oynayıbmış: “Görünür, belə hadisənin baş verməsi ailədə nəzarətlə bağlıdır. Çünki məktəbdə belə oyunları oynamaq mümkün deyil. Yəqin dost-tanışının da xəbəri olmayıb. Əslində, valideyn haradan bilsin, mənim də uşağım oynasa xəbərim olmaz”, – deyə bələdiyyə sədri əlavə edib.

İ.Adıgözəlovun təhsil aldığı məktəbdə də heç bir psixoloji problemdən əziyyət çəkmədiyini bildiriblər. Müəllimlərinin virtualaz.org-a dediklərinə görə, İsmayıl məktəbin ən nümunəvi şagirdlərindən olub: “Məktəbin ən yaxşı şagirdlərindən idi. Heç bir problem də yox idi. Biz özümüz də eşidəndə çox pis olduq”, – deyə məktəbdən bildiriblər.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, son aylar bu oyuna alub intihar edən məktəblilərlə bağlı xəbərlər yayılır. Oktyabrın 15-də Şamaxının Xilmilli kəndində 16 yaşlı gəncin də bu oyunun təsiri altında özünü asdığı iddia olunurdu.

Ötən həftə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə bir neçə şagirdin intihar məqsədilə damarlarını kəsməsi ilə bağlı məlumatlar yayılmışdı. İddia edilir ki, məktəbin 6-cı sinif şagirdləri “Mavi balina” adlı yeniyetmələr üçün təhlükəli oyunun təsiri ilə damarlarını kəsiblər.

Qeyd edək ki, internetdə yayılan oyunun şərtlərindən biri məhz damarlarını kəsərək özünə xətər yetirməkdir.

Onu da xatırladaq ki, yeniyetmələri hədəf alan “Mavi balina” indiyədək təkcə Rusiyada 130 azyaşlı və gəncin intiharına səbəb olub. Oyuna daxil olmaq istəyən şəxslərə “admin” tərəfindən ünvan göndərilir. Həmin ünvana daxil olan şəxsin kompüterindən bütün şəxsi məlumatlar ələ keçirilir və bundan sonra şantaj yolu ilə “oyunçu”dan verilən bütün təlimatları yerinə yetirməsi tələb olunur. İntihar etmək istəməyənlər yaxınlarının öldürüləcəyi ilə qorxudulur.

 

*   *   *11:21

Ağdaş rayonunda intihar hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü İsmayıl Adıgözəlov yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Azərbaycanlı deputatın həyat yoldaşı axtarışa verildi

Azərbaycan Milli Məclisinin deputatı Ramil Həsənin həyat yoldaşı Yekaterina Həsən axtarışa verilib. Moldova hüquq-mühafizə orqanları …