Şənbə , Yanvar 23 2021
Ana səhifə / Kriminal / Azyaşlını xətəxanaya çatdırmaq istəyən sürücü qəza törətdi – VİDEO

Azyaşlını xətəxanaya çatdırmaq istəyən sürücü qəza törətdi – VİDEO

Ağdamın İmamqulubəyli kəndi ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARB TV xəbər verir ki, İsgəndər Səmədov “VAZ-2106” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və maşın yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü və onun arvadı Qənirə Səmədova ağır bədən xəsarətləri alıblar. Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, hadisə azyaşlı uşağını xəstəxanaya çatdırmaq istəyən sürücünün avtomobili yüksək sürətlə idarə etdiyi zaman baş verib.

Fakt araşdırılır.

 

Həmçinin oxuyun

Cinayət Məcəlləsində “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsi yeni redaksiyada müzakirə ediləcək

Cinayət Məcəlləsinin Xüsusi hissəsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsinin yeni redaksiyasının layihəsi parlamentin yaz …