Şənbə , Fevral 24 2024
Ana səhifə / Kriminal / Azyaşlılar üçün cəza növləri artırılır

Azyaşlılar üçün cəza növləri artırılır

Azərbaycanda yetkinlik yaşına çatmayanlara təyin edilən cəza növləri artırılır.

Azinforum.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə yeni bəndin əlavə olunması təklif edilir.

Təklifə əsasən, yetkinlik yaşına çatmayanlara təyin edilən cəza növlərinə “azadlığın məhdudlaşdırılması” cəza növü də əlavə edilir. Yetkinlik yaşına çatmayanların iki aydan iki ilədək müddətdə azadlığı məhdudlaşdırıla bilər.

Qeyd edək ki, hazırda Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayanlara “azadlığın məhdudlaşdırılması” cəza növü nəzərdə tutulmur.

Dəyişikliklərin Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması planlaşdırılır.

Həmçinin oxuyun

Aybəniz Həşimovanın qardaşının mənimsədiyi məbləğ AÇIQLANDI

Aybəniz Həşimovanın qardaşının mənimsədiyi məbləğ açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq …