Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Kriminal / Azyaşlı qızına təcavüz edən atanın məhkəməsi başlayır

Azyaşlı qızına təcavüz edən atanın məhkəməsi başlayır

Bakıda azyaşlı qızına təcavüz edən ata hakim qarşısına çıxarılacaq.

“Yeni Sabah”ın məlumatına görə, Məmmədov Tofiq Məmiş oğlunun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Azər Paşayevin icraatına verilib. 

Qeyd edək ki, Tofiq Məmmədov öz azyaşlı qızı G.Məmədovaya qarşı seksual xarakterli hərəkətlər etdiyi üçün ondan polis bölməsinə şikayət olunub. Keçirilmiş əməliyyat tədbirləri ilə Məmiş oğlu saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …