Bazar ertəsi , Oktyabr 19 2020
Ana səhifə / Kriminal / AzTV sədrini öldürmək istəyiblər – Sensasion məhkəmə prosesi başlayır

AzTV sədrini öldürmək istəyiblər – Sensasion məhkəmə prosesi başlayır

“Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
APA-nın məlumatına görə, həmin şəxslərin cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın vaxtlarda cinayət işi üzrə məhkəmə iclası başlayacaq.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

Həmçinin oxuyun

Göyçayda qız anasını boğaraq ÖLDÜRDÜ

Göyçayda qız anasını boğaraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, oktyabrın 12-də …