Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Kriminal / AzTv-nin keçmiş sədrini öldürmək istəyən şəxsdən xəbər var

AzTv-nin keçmiş sədrini öldürmək istəyən şəxsdən xəbər var

AzTV-nin keçmiş sədri Arif Alışanov və onun ailə üzvlərinə qarşı sui-qəsd təşkil etməkdə təqsirli bilinərək həbs olunmuş şəxslər Ali Məhkəməyə müraciət edib.

Təqsirləndirilən Şücaət Əkbərov və Zöhrab Şirinov barələrindəki hökmlə bağlı kassasiya şikayəti veriblər. Onlar hökmün dəyişdirilməsini və azadlığa buraxılmalarını istəyirlər.

Şikayət Ali Məhkəmə tərəfindən icraata götürülüb və baxılması üçün hakim Əziz Seyidovun icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik bəlli deyil.

Qeyd edək ki, sui-qəsd cəhdi ilə bağlı 2017-ci ildə 4 nəfər həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şücaət Əkbərov 18 il, Qoçəli Cəbiyev 17 il, Zöhrab Şirinov 16 il, Aqşin Hüseynov isə 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

A.Hüseynov cəzasını istintaq və məhkəmə müddətində çəkdiyi üçün məhkəmə zalından azadlığa buraxılıb. Q.Cəbiyev isə 2020-ci ildə həbsdə vəfat edib. Sonradan Apellyasiya Məhkəməsi Ş.Əkbərovun cəzasını 16 ilə, Z.Şirinovun cəzasını isə 14 il 6 aya endirib.

İttihama görə, Ş.Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək, mütəşəkkil dəstə yaradıb, qanunsuz olaraq silah-sursat əldə edib, sifarişlə Arif Alışanov və onun ailə üzvlərini öldürməyə cəhd edib. O, A. Alışanovun 4,6 milyon manatlıq əmlakını ələ keçirmək istəyib.

Xatırladaq ki, Ş.Əkbərovun Arif Alışanovla biznes ortağı ortağı oluğu idda edilib. Alışanov 2019-cu ildə AzTV-nin sədri vəzifəsindən azad olunub. //Qafqazinfo

Həmçinin oxuyun

16 yaşlı cüdoçunu öldürən şəxs belə saxlanıldı – Video

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakının Şağan qəsəbəsində qətl hadisəsi törədilib. 2002-ci il …