Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / AzTV-nin “əməkdaşı” marketdə yaxalandı (VİDEO)

AzTV-nin “əməkdaşı” marketdə yaxalandı (VİDEO)

Ağdam rayonunda özünü AzTV əməkdaşı kimi təqdim edərək market rəhbərliyindən pul tələb edən şəxs saxlanlılıb.
Publika.az xəbər verir ki, Ağdamın Quzanlı qəsəbəsində yerləşən “Ağdam” marketə gələn və ağzında AzTV loqosu olan şəxs marketin guya antisanitar şəraitdə olması, işçilərin sanitar qaydalara düzgün əməl etməməsini bildirərək rəhbərlikdən pul tələb edib. Bu zaman market nümayəndələri polis çağırıblar və həmin şəxs saxlanılıb.
Məlum olub ki, reketliklə məşğul olan şəxs AzTV əməkdaşı deyil. O, daha əvvəl Ağcabədinin Hindarx qəsəbəsində də oxşar yolla marketlərdən 50 manat alıb.
Araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …