Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / “Azersun Holding” Azərbaycan dərman bazarında 20-30% payasahib olmaq istəyir

“Azersun Holding” Azərbaycan dərman bazarında 20-30% payasahib olmaq istəyir

“İnşasına başladığımız dərman zavodunu 2018-ci ildə istismara verməyi planlaşdırırıq”.

“Report” xəbər verir ki, bunu layihənin icraçısı olan “Azersun Holding”ın baş icraçı direktoru Savaş Uzan deyib.

S.Uzanın sözlərinə görə, Azərbaycanda yerli əczaçılıq zavodlarının olması ölkənin dərmana olan tələbatının ödənilmə səviyyəsini artıracaq: “Bizim inşa etdiyimiz müəssisə ilə yanaşı daha iki dərman zavodu da tikilir. Həmçinin, idxal da olacaq. Biz bazarın 20-30%-nə sahib olmağı düşünürük”.

“Azersun” rəsmisi, həmçinin “Interglass” şirkəti ilə də anlaşdıqlarını və artıq qablaşdırma ilə bağlı sifarişin verildiyini deyib.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …

Bir cavab yazın