Ana səhifə / Kriminal / Azersell -in 9576 servis fırıldağı – ŞOK!

Azersell -in 9576 servis fırıldağı – ŞOK!

Redaksiyamıza daxil olan şikayət məktubu əsasında məlum olub ki, Azersell və kinotron.info adlı şirkət əhalini soymaqla məşğuldular.

Belə ki, 050 211 XX XX Azersell abunəçisi M. Əzizov Umudum.az saytıda daxil olan kimi, istifadə etdiyi telefon nömrəsinə 9576 servis nömrəsindən sms daxil olur. (bunu hamı yoxlaya bilər). Sms də bildirilir ki, siz kinotron.info xidmətini aktiv etdiniz.Günlük 0.59 azn.

Xidməti ləğv etmək üçün stop kt sözünü 9576 ya göndərin. Vətəndaş dərhal Azersellin müştəri xidmətinə zəng vuraraq etirazını bildirir. Operatorun məsləhətindən sonra vətəndaş 51 00- a boş mesaj göndərərək bütün xidmətləri ləğv etdirir. 0.02 azn. Xatırladaq ki, Azersellin yüz minlərlə abunəçisi var və hər vətəndaş xidməti ləğv elətdirmək üçün 0.02 azn dən keçməli olursa onda fantastik məbləğ ortaya çıxır. Deməli möhtəşəm iki kombinasiyalı oyunun nəticəsi vətəndaşın cibindəki 0.02 azn pulu soymaqdır. Düzdür 0.02 azn belədə böyük məbləğ olmasa da məhz adı çəkilən iki xidmət üçün böyük gəlir mənbəyinə çevrilir.

Daha da maralısı budur ki, həmin servis facebook sosial şəbəkəsində müğənni Şəbnəm Tovuzlu istifadəçi adı ilə paylaşımlar edir. Adı çəkilən şəxsləri dinləməyə hazırıq./reportaj.tv/

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın