Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Azad Rəhimovun oğlu “Neftçibaza“nı özəlləşdirir

Azad Rəhimovun oğlu “Neftçibaza“nı özəlləşdirir

Milli olimpiya komandalarının təlim-məşq bazası (könhə “Neftçibaza”) özəlləşdirilir. Bu barədə Gənclər və İdman Nazirliyindəki mənbə məlumat verib.

Məlumata görə, yaxın 2-3 ayda bazanın özəlləşdirilməsi nəzərdə tutulub. Artıq bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsində layihə hazırlanır. Tezliklə özəlləşdirməyə çıxarılacaq bazanın satışı nəzərdə tutulub.

Hələlik könhə “Neftçibaza”nın kimə satılacağı dəqiq bilinmir. Mənbənin sözlərinə görə, böyük ehtimalla baza gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun nəzarətinə veriləcək.

Təbii ki, nazir bazanın rəsmi şəkildə oğlunun adına rəsmiləşdirərək özünü “yandırmaz”. Böyük ehtimalla özəlləşdirmə Arif Rəhimova yaxın şəxslərdən birinin adına olacaq və bazaya rəsmi şəkildə o rəhbərlik edəcək.

Qeyd edək ki, Arif Rəhimovun rəhbərlik etdiyi “Baku Grand Prix” şirkəti bu il Bakıda keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin – “Formula-1″in “Qran Pri” yarışının təşkilatçısıdı.(xalqxeber.tv)

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın