Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / Azәrbaycandakı xarici şirkәtlәrin 30 faizi Türkiyә şirkәtlәridir

Azәrbaycandakı xarici şirkәtlәrin 30 faizi Türkiyә şirkәtlәridir

“Türkiyә Cümhuriyyәtinin qurulmasının 92-ci ildönümünü Azәrbaycanda keçirmәkdәn qürur keçiririk”.

APA-nın mәlumatına görә, bu sözlәri Türkiyәnin Azәrbaycandakı sәfiri İsmayıl Alper Coşkun bu münasibәtlә Bakıda keçirilәn qәbulda deyib. Onun sözlәrinә görә, iki ölkә ortaq tarixә, keçmişә malik, gәlәcәyә doğru birgә addımlayan qardaş ölkәlәrdir. Daha sonra sәfir Türkiyәnin prezidenti Rәcәb Tayyib Әrdoğanın müstәqillik günü ilә bağlı tәbrik mesajını oxuyub.

Tәdbirdә çıxış edәn Azәrbaycan baş nazirinin müavini Abid Şәrifov tarix boyu Azәrbaycanın hәmişә Türkiyәnin yanında olduğunu deyib: “Xüsusilә Azәrbaycan müstәqillik әldә etdikdәn sonra dövlәtlәrimiz arasında hәrtәrәfli münasibәrlәrin qurulması üçün sәylәr göstәrilib. Dağlıq Qarabağ münaqişәsi ilә bağlı Türkiyә hәmişә Azәrbaycanı dәstәklәyib. İki ölkә arasında münasibәtlәr böyük dostluq vә qardaşlığın nümunәsindәdir. Bütün sahәlәrdә qarşılıqlı әmәkdaşlıq inkişaf edir. Әlaqәlәrin inkişafı üçün daha böyük potensial var. İqtisadi münasibәtlәrin әsasını qarşılıqlı sәrmayә qoyuluşları, enerji vә nәqliyyat layihәlәri tәşkil edir. Ticarәt dövriyyәsi sürәtlә artır. Azәrbaycanda şirkәtlәrin 30 faizini Türkiyә şirkәtlәri tәşkil edir”.

Həmçinin oxuyun

“Hər ay 2300 maaş, 15 min manat paket alırdım” – Sabiq nazirdən ETİRAF

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və …

Bir cavab yazın