Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / “Azərsun” kredit borcuna görə “Makromart”ın mağazalarını girov götürüb – QALMAQAL

“Azərsun” kredit borcuna görə “Makromart”ın mağazalarını girov götürüb – QALMAQAL

Ölkənin ən böyük market şəbəkələrindən biri olan “Makromart” öz mağazalarını “Bazarstore” təhvil vermə proseslərini başa çatdırmaq üzrədir. Gununsesi.info əldə etdiyi məlumata görə, Lənkəran və Şəmkir rayonlardakı “Makromart” şəbəkələrində artıq böyük ixtisarlar aparılır.

“Makromart” şəbəkəsi niyə bağlanır?

Gununsesi.info-nun əməkdaşı bu barədə araşdırma aparıb.

Qeyd edək ki, “Makromart” türk sərmayəli bir mağazadır və Prime Food CO MMC-yə məxsusdur. Aldığımız məlumata görə türk şirkəti devalvasiyadan sonra “Azərbaycan Sənaye Bankı”na kredit borcu yaranıb. Nəticədə obyektlərin bir neçəsini girov predmeti olaraq banka keçib. Hərçənd yerli mətbuatda “Makromart”ın “Azərsun” Holdinq tərəfindən satın alındığı qeyd edilir. “Azərsun Holdinq”in mətbaut xidmətinin rəhbəri Afiq Səfərovd da mətbauta bildirmişdi ki, hazırda hər hansı bir müqavilə haqqında danışmaq tezdir. O qeyd etmişdi ki, hər iki şirkət arasında əməkdaşlıqla bağlı danışıqların aparılır: ”Makromart” mağazalar şəbəkəsi ilə əməkdaşlıqla bağlı danışıqlar gedir, amma hələlik konkret məlumat yoxdur. Əgər tərəflər bununla bağlı razılığa gəlsələr, ətraflı məlumat veriləcək”.

Bu qısa açıqlamadan aydın olur ki, burada tam da olaraq satın almadan söhbət getmir. Bizə verilən məlumata görə, “Azərbaycan Sənaye Bankı”na böyük miqdarda borclu oluduğuna görə türk şirkətinin bir neçə obyektləri girov olaraq bankın mülkiyyətinə keçir. Bakıdakı şəbəkələri isə maliyyə çatışmazlığna görə fəaliyyətlərində problemlər yaranıb.

Qeyd edək ki, adıçəkilən bankın səhmlərinin 94.2 faizi “Anadolu İnvestment Kompani” MMC-yə məxsusdur. Bu şirkətin əsas təsisçisi isə “Azərsun Holding”in prezidenti Abdulbori Gözəlin qızı Leyla Gözəl gedir. Eyni zamanda bankın Müşahidə Şurasının sədri Zeynəb Konyar “Bazarstore”un qanuni təmsilçisidir.

Beləliklə, “Azərsun Holdinq”in “Makromart” mağazalar şəbəkəsini öz “Bazarstore” şəbəkəsinə birləşdirir. Məlumata görə şirkətin bölgələrlə yanaşı, həm də Bakıda fəaliyyət göstərən digər marketlər şəbəkəsini də satın alacağı bildirilir. Təəssüf ki,regioanlarda aparılan alğı-satqı prosesindən görünür ki, “Bazarstore” “Makromart”ın köhnə işçiləri ilə yoluna davam etmək istəmir və böyük bir işçi ixtisarı aparılır.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …