Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / “Azərnəşriyyat”ın binasından oğurluq edildi

“Azərnəşriyyat”ın binasından oğurluq edildi

Azərbaycan Nəşriyyatından 9 min manatlıq oğurluq olub.

Azsiyasət.com xəbər verir ki, “Azərnəşriyyat”ın 2-ci mərtəbəsində yerləşən “İnnovation Event” MMC-nin anbarına qapının qıfılını sındıraraq daxil olan şəxs oradan 9000 manat dəyərində naqil oğurlayıb.

Şirkətin direktoru Əliağa Kürçaylı bildirib ki, hadisə martın 23-dən 26-dək olan müddətdə baş verib.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …