Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Azərbaycanlılarla insidentə görə bloqqer saxlanıldı

Azərbaycanlılarla insidentə görə bloqqer saxlanıldı

Fevralın 15-də Moskvada “Neolit” kafesinə silahlı hücumda şübhəli bilinən bloqqer Əlibəy Mirzəxanov saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” agentliyinə hüquq-mühafizə orqanlarından bildirib. 

“Fevralın 17-də 1994-cü il təvəllüdlü Əlibəy Mirzəxanovun Moskvada Filevski bulvarında yerləşən mənzilində aparılan axtarışlardan sonra o, saxlanılıb”, – deyə mənbə söyləyib.

Mənbə şübhəliyə məxsus nəyin tapıldığına dair informasiya verməyib. 

Xatırladaq ki, insident həmyerlilərimizlə çeçenlər arasında baş verib. İddiaya görə, azərbaycanlılar onları təhqir edən Əlixan adlı çeçeni üzr istəməyə məcbur ediblər. Bundan sonra bıçaq və travmatik tapança ilə silahlanmış bir qrup çeçen azərbaycanlı Yaşar Əliyevə məxsus “Neolit” kafesinə basqın edib, kafedəkiləri oradan uzaqlaşdırıb.

Daha sonra təxminən 70-100 nəfərin iştirakı ilə dava yaşanıb. Bildirilir ki, çeçenlər hadisə yerini tərk edərkən kafenin nəzarət kamerasını da aparıblar.
Hadisə şahidlərinin sözlərinə görə, dava daha sonra rayonun digər yerində davam edib. Belə ki, çeçenlər azərbaycanlıların maşınlarını izləyərək atəşə tutublar, ərazidə təxminən 50 atəş səsi eşidilib. Məlumata görə, atışma zamanı kafenin sahibi Yaşar Əliyev xəsarət alıb, maşınına isə ciddi ziyan dəyib.

Polis əməkdaşları hadisədə şübhəli bilinən 20-dən çox şəxsi saxlayıb.Saxlanılanların əksəriyyəti Şimali Qafqazdan olan miqrantlardır.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …