Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Kriminal / Azərbaycanlılar özbəklərin başını dəyənəklə partlatdı, atəş açıb qaçdı

Azərbaycanlılar özbəklərin başını dəyənəklə partlatdı, atəş açıb qaçdı

Rusiyanın Sankt-Peterburq şəhərindəki meyvə-tərəvəz bazasında azərbaycanlıların iştirakı ilə baş vermiş kriminal insidentdən sonra OMON və polis “Sofisyk” bazarında “oblavaya” başlayıb.

Virtualaz.org xəbər verir ki, bu hadisə şəhərin Frunze rayonunda, “Sofiysk” bazarı ilə qonşuluqdakı Salovo topdansatış bazasında üç gün əvvəl baş vermişdi. Azərbaycanlı sürücü ehtiyatsızlıq edərək özbəkistanlı miqrantın daşıdığı paleti vurub. Lakin düşüb üzr istəmək əvəzinə davaya başlayıb. Davaya başqa özbəklər də qoşulub. BMW markalı avtomobildə olan azərbaycanlılar özbəklərin başlarına dəyənəklərlə zərbələr endiriblər, tapançalardan atəş açıblar və hadisə yerindən qaçıblar. Onların yaxalanması mümkün olmayıb.

Həmin hadisə fonunda bu gün avqustun 21-də polis Sofiysk küçəsində yerləşən meyvə-tərəvəz bazasında OMON reydlərə başlayıb. Güc strukturunun əməkdaşları bazara itlərin müşaiyət ilə və kvadrokopterlərə daxil olublar. Çoxsaylı miqrant saxlanılıb və avtobuslarla aparılıb.

DİN-in regional idarəsindən bildiriblər ki, bazara 600-dan çox adamın sənədlər yoxlanılıb. Onların beşdə biri inzibati cəza protokolları alıb, qalanlarının isə Rusiyada qalma qaydalarını pozduqları müəyyən olunub. Miqrantlar arasında saxta sənədlər gəzdirənlər də tapılıb ki, bu da cinayət məsuliyyəti nəzərdə tutur.

Həmçinin oxuyun

Mehman Xəlilova hökm oxundu – 19 il həbs

7 yaşlı Fərid Bakarov cinayəti ilə bağlı məhkəmə araşdırması başa çatıb.  “Qafqazinfo”nun məlumatına görə, Sumqayıt …