Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Azərbaycanlı xanım tələbə sözə görə həbs edildi

Azərbaycanlı xanım tələbə sözə görə həbs edildi

Tehran Universitetinin tələbəsi, zəncanlı xanım fəal Pərisa Rəfii haqqında məhkəmə hökm çıxarıb.

Axar.az xəbər verir ki, yaxınları fəala həbs cəzası çıxarıldığını bildirib. Tehranın İnqilab Məhkəməsi fəalı sözləşmə, toplaşma, sistemin əleyhinə təbliğat aparma və ümumi asayişi pozmaqda ittiham edərək, 7 il həbs cəzasına məhkum edib.

Qeyd edək ki, bir müddət əvvəl Pərisa Rəfiinin məhkəmə iclası keçirilmişdi. Vəkili Səid Xəlili iclasda müttəhimə bəraət istəsə də, ona bəraət verilməyib. Fotoqrafiya üzrə təhsil alan fəal universitetdə mədəni və qanuni fəaliyyətlərlə məşğul olub.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …