Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Azərbaycanlı və ruslar bazarda yer üstündə mübahisə etdi: 3 ölü, 1 yaralı

Azərbaycanlı və ruslar bazarda yer üstündə mübahisə etdi: 3 ölü, 1 yaralı

Rusiyanın Kalininqrad şəhərində ötən gün baş verən silahlı insidentin detalları məlum olub.

Modern.az Rusiuya KİV-nə istinadən xəbər verir ki, 63 yaşlı azərbaycanlı Fazil Bəhramov sahibkarlıqla məşğul olan Darya Yefimova və həyat yoldaşı Vadim Yanqlonekonu güllələyərək öldürüb.

Silahlı insident zamanı yaxınlıqda olan cütlüyün 13 yaşlı oğlu isə yaralanaraq xəstəxanaya yerləşdirilib. Fazil Bəhramov isə cinayəti törətdiyi tüfənglə hadisə yerindəcə özünü öldürüb.

Mübahisə bazardakı ticarət pavilyonlarına görə olub. Darya Yefimova və Vadim Yanqolenko bazarda meyvə-tərəvəz obyektlərinə sahib olub, Fazil Bəhramov isə orada alma satışı həyata keçirib. Öldürülən Darya Yefimovanın hamilə olduğu açıqlanıb.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …